"Heç bir işçimiz deyə bilməz ki, klubun mənə borcu qalıb"

2 Sentyabr 2020 18:06 Sumqayıt 797
"Heç bir işçimiz deyə bilməz ki, klubun mənə borcu qalıb"

«Sumqayıt» 3 aydır işçilərinin ödəmələrini gecikdirməsinə dair xəbərlərə münasibət bildirib.

Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında klubun heç bir əməkdaşına borclu olmadığını bildirib:

«Sonuncu dəfə iyul ayının əməkhaqqısını almışıq. Yaxın günlərdə də avqustun pulu verilməlidir. «Sumqayıt» bəlkə də Premyer Liqada yeganə klubdur ki, ödəmələr günəgün olur.

Allaha şükür, bu cəhətdən heç bir problemimiz yoxdur. Heç bir işçimiz deyə bilməz ki, klubun mənə borcu qalıb. Ümumi vəziyyət hər yerdə necədə, bilirsiz.

Yenə çox şükür ki, bizdə gecikmələr olmur. Hər ayın 10-dək maaşlar hesaba yatırılır».

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı