Elxan Məmmədov klub prezidentini istefa verməyə qoymadı

2 Sentyabr 2020 16:00 Sumqayıt 1 482
Elxan Məmmədov klub prezidentini istefa verməyə qoymadı

Riad Rəfiyev 2018-ci ilin əvvəlindən prezidenti olduğu «Sumqayıt»ı tərk etmək istəyib.

Sportinfo.az bu barədə AFFA rəhbərliyinə yaxın mənbələrdən məlumat əldə edib.

«Kimyaçılar»ın başqanı postunda Kamran Quliyevi əvəzləmiş Rəfiyev vəzifəsindən getməsinə icazə verməsi üçün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla danışıb. Onların söhbəti qısa çəkib.

Federasiyanın bir nömrəli şəxsi Riad bəyə «Sumqayıt»da fəaliyyətini davam etdirməsini tapşırıb. Məmmədov bunun üçün uyğun zaman gözləməyi, vaxtı çatanda onu daha yaxşı işlə təmin edəcəyini bildirib.

Rəfiyevi incik salan səbəblər ciddidir. Ən birincisi də, «Azərikimya»nın kluba etinasız münasibəti. O, büdcənin artırılması xahişi ilə bir neçə dəfə şirkət rəhbərliyinə müraciət ünvanlasa da, sözü yerə düşüb.

Belədə yayın ilk ayından etibarən «Sumqayıt»ın problemləri daha da artıb. Əksər aparıcı futbolçular düşərgə ilə vidalaşıb, borclar qalaqlanıb, narazılıq çoxalıb. «Azərikimya» klubun tarixində ilk dəfə avrokuboklara qatılmasını nəzərə almaq əvəzinə, büdcəni əvvəlki səviyyəsindən də aşağı salıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı