"Sumqayıt" 3 aydır işçilərini pulsuz işlədir, Rəfiyev "əl borcu" verir

30 Avqust 2020 16:40 Sumqayıt 1 015
"Sumqayıt" 3 aydır işçilərini pulsuz işlədir, Rəfiyev "əl borcu" verir

Avrokuboklarda debüt edən «Sumqayıt» üzüntü içindədir.

Bu, Avropa Liqasında «Şkendiya»ya 0:2 hesablı msəğlubiyyətə və mübarizəni erkən dayandırmağa görə deyil.

Onsuz, öncədən bilinirdi ki, «kimyaçılar»ın şansı möcüzəyə bərabərdir. Hələ ötən mövsümün gedişindən etibarən maliyyə problemləri baş qaldrmıış, nəticədə heyət zəifləmişdi.

İki ay öncə bir neçə aparıcı futbolçu bu səbəblərdən düşərgə ilə vidalaşmışdı. Onların yerini doldurmaq mümkün olmadı. Yeni transferlər labüd olsa da, sponsorların etinasız münasibəti ucbatıından klub rəhbərliyi məşqçi korpusunun istəklərini vaxtında yerinə yetirə bilmədi.

Riad Rəfiyev dönə-dönə «Azərimkimya»ya, AFFA-ya və digərlərinə müraciət etsə də, daşdan səs çııxdı, onlardan səs çıxmadı. Biri də bu həssas və çətin döənmdə «Sumqayıt»ın harayına hay vermədi, qaçıb gizləndi.

Büdcəsi ötənilki ilə müqayisədə daha da azalan klubun artıq edə biləcəyi bir şey qalmamışdı. Qalan isə borcdur. Həm futbolçulara, həm işçilərə. Oyunçular fevral və mart aylarının maaşının yarı hissəsini hələ də almayıb.

Klubda çalışan əməkdaşlar isə artııq 3 aydır əməkhaqqı cədvəlinə qol çəkmir. Çünki himayədarlardan büdcəyə vəsait daxil olmayıb. İşçilər məvaciblərinin nə vaxt ödəniləcəyi ilə bağlı bir neçə dəfə Rəfiyevin qapısını döysə də, prezident konkret tarix deyə bilməyib.

Riad bəyin gücü indi yalnız ona çatır ki, evinə çörək almağa imkanı olmayanlara «əl borcu» versin. Bu da nə vaxta kimi… Üçünə çatır, beşinə çaatmır.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı