"Neftçi"nin qisasını ala bilmədilər - FOTOREPORTAJ

28 Avqust 2020 10:24 Sumqayıt 704
"Neftçi"nin qisasını ala bilmədilər - FOTOREPORTAJ

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Sumqayıt” da ilk sınağına çıxıb.

Doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan Ayxan Abbasovun çalışdırdığı komanda bununla həm də avrokuboklarda debüt edib.

Təkcə klub yox, həm də eyniadlı şəhər ilk dəfə qitə miqyaslı turnirdə təmsil olunurdu. Elə oyunun keçiriləcəyi “Kapital Bank Arena” da ilk dəfə avrokubok matçına ev sahibi olub.

“Sumqayıt” bu tarixi oyundan qələbə ilə ayrılmağı bacarmaqla növbəti mərhələyə vəsiqə qazana bilsə, bir neçə il əvvəl “Şkendiya”nın qurbanı olan “Neftçi”nin qisasını alacaqdı.

Amma sumqayıtlılar bu şansı əldən veriblər. İki penalti qoluna üzülən Ayxan Abbasovun yetirmələri mübarizəni startdaca dayandırmalı olublar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"