“Sumqayıt” görmədi

27 Avqust 2020 23:20 Sumqayıt 1 280
“Sumqayıt” görmədi

Avropa Liqasının I təsnifat mərhələsinin “Sumqayit” – “Şkendiya” oyununun statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 0:2 hesabı ilə uduzduğu görüş Şimali Makedoniya təmsilçisinin üstünlüyü ilə keçib.

Qonaqlar ümumi zərbə sayında az qala beşqat üstün olub. Çərçivəyə zərbələrə gəlincə, sumqayıtlılar oyun ərzində qapıya düşə bilməyib.

“Sumqayıt” – “Şkendiya”
Qollar – 0:2
Zərbələr – 3:14
Çərçivəyə zərbələr – 0:5
Çərçivədən kənar zərbələr – 2:7
Blok edilən zərbələr – 1:2
Künc zərbələri – 4:4
Oyundan kənar vəziyyət – 3:2
Bloklama – 3:0
Sarı vərəqə - 5:0
Qırmızı vərəqə - 1:0
Qayda pozuntuları – 23:9

Xəbər Lenti