Penaltilər bizlik deyil

28 Avqust 2020 01:10 Sumqayıt 1 080
Penaltilər bizlik deyil

Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan klublarının taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu, Avropa Liqasının I təsnifat mərhələsində gerçəkləşib.

Albaniya “Laçi”sini qəbul edən “Keşlə” qolsuz heç-heçədən sonra bəxtini oyunsonrası lotereyada sınayıb. Daha dəqiq olan qonaqlar 5:4 hesablı qələbəyə sevinib.

Bu, Azərbaycan klublarının tarixdə 6-cı belə məğlubiyyətidir. Təmsilçilərimiz həmişə penaltilərdə uduzan tərəf olub. Əvvəl “İnter” adını daşıyan “Keşlə” bu göstəricidə antirekordçudur. Bakılılar 4-cü dəfə bu yolla uduzur. Onlardan başqa “Bakı fəhləsi” və “Bakı”da belə taleyi yaşayıb (apasport.az).

Azərbaycan klubları avrokuboklarda penaltilər seriyalarında
1998/99 mövsümü, İntertoto kuboku
Bakı fəhləsi - İnkaras (Litva) - 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2007/08 mövsümü, İntertoto kuboku
Daçiya (Moldova) – Bakı – 3:1 (hər iki oyun - 1:1)
2010/11 mövsümü, Çempionlar Liqası
Lex (Polşa) – İnter – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2012/13 mövsümü, Avropa Liqası
Asteras Tripolis (Yunanıstan) – İnter – 4:2 (hər iki oyun 1:1)
2014/15 mövsümü, Avropa Liqası
İnter - Elfsborq (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2020/21 mövsümü, Avropa Liqası
Keşlə - Laçi (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)
Qeyd: “Keşlə” əvvəl “İnter” adlanıb.

Digər Xəbərlər
Xəbər Lenti