"Sumqayıt"da çatışmayan cəhət ..." - Rəqib baş məşqçi

27 Avqust 2020 22:22 Sumqayıt 973
"Sumqayıt"da çatışmayan cəhət ..." - Rəqib baş məşqçi

Şimali Makedoniyanın “Şkendiya” klubunun baş məşqçisi Ernest Qyoka Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Bundan əvvəlki konfransda dediyim kimi, rəqibi yaxşı təhlil etmişdik. Komanda oyunu oynayaraq qələbə qazandıq və növbəti mərhələyə keçdik.

- “Sumqayıt”ı ümid etdiyiniz kimi gördünüz?

- Fikrimcə, əsas heyət çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir.

- “Sumqayıt”ın heyətində öz komandanızda görmək istədiyiniz, xüsusilə fərqləndirdiyiniz oyunçu varmı?

- “Sumqayıt” yaxşı komandadır, yaxşı futbolçuları var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Rəqibdə çatışmayan Avroliqa təcrübəsidir.

Digər Xəbərlər
Xəbər Lenti