"Şkendiya" 2 penalti ilə "Sumqayıt"ı "yıxdı" - YENİLƏNİB

27 Avqust 2020 21:55 Sumqayıt 1 170
"Şkendiya" 2 penalti ilə "Sumqayıt"ı "yıxdı" - YENİLƏNİB

"Sumqayıt" Avropa Liqasında debüt edib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniya "Şkendiya"sını qəbul edib.

"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb.

O, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb. Beləliklə, "Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşıb.

"Sumqayıt" - "Şkendiya" 0-2

Qol: B.İbraimi, 56-pen. L.Doriev, 89-pen.

Qırmızı vərəqə: T.Mütəllimov, 89.

Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).

Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 5. Camaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Kərəm Sultanov, 8. Səbuhi Abdullazadə, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 21. Adəm Həmati, 33. Eltun Turabov.

Baş məşqçi: Ayxan Abbasov.

Şkendiya: 1. Kostadin Zahov, 3. Antonio Paviç, 4. Eqzon Beytulyay, 7. Besart İbraimi, 8. Ennur Totre, 10. Valen Ahmedi, 14. Lyupçe Doriev, 16. Mevlan Murati, 19. Bruno Dita, 20. Yan Krivak, 28. Omar İmeri.

Ehtiyat oyunçular: 40. Bekim Recepi, 15. Leard Sadriu, 17. Arbin Zeynulay, 22. Ziya Mərcani, 24. Mecit Neziri, 34. Əbubəkr Əs-Sahal, 77. Florent Ramadani.

Baş məşqçi: Ernest Qyoka.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"