"Şkendiya"nın kapitanı: "Biz "Sumqayıt"dan daha güclüyük"

26 Avqust 2020 22:00 Sumqayıt 574
"Şkendiya"nın kapitanı: "Biz "Sumqayıt"dan daha güclüyük"

"Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür.

Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq".

bunu Şimali Makedoniya "Şkendiya"sının müdafiəçisi Eqzon Beytulay "Sumqayıt"la keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq. 26 yaşlı kapitan bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər:

"Sumqayıt"ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda