Azərbaycan klubu ilə bağlı "kəşfiyyat" aparıb, narahat deyil

26 Avqust 2020 21:40 Sumqayıt 514
Azərbaycan klubu ilə bağlı "kəşfiyyat" aparıb, narahat deyil

"Komandamızın ümumi durumu çox yaxşıdır. Əsas məqsədimiz 90 dəqiqə əlimizdən gələni etmək və ilk hesabı açan tərəf olmaq, sonda isə meydanı qalib tərk etməkdən ibarətdir".

Sportinfo.az xəbər verir ki, bunu Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ernest Coka "Sumqayıt"la keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi barədə kifayət qədər bilgi toplayıblar: "Əsasən, ötən mövsümün son oyunlarını izləmişik. Ümid edirik ki, çox da dəyişməyiblər".

Özünəməxsus oyun üslubuna malik olduqlarını deyən Coka bütün sirləri açıqlamaq istəmədiklərini əlavə edib. O, koronavirusa yoluxduğu üçün Azərbaycana gəlməyən futbolçu Armend Aliminin digər oyunçuları yoluxdurma ehtimalının olmadığını bildirib:

"Çünki bütün qaydalara əməl olunub, sosial məsafə gözləniib. Onun yoxluğu təsir edə bilər. Amma biz bunu minimallaşdırmağa çalışacağıq. Ümid edirik ki, gələcək oyunlarda bizə kömək edə biləcək".

Baş məşqçi avrokubok təcrübəsi və hazırlıq səviyyəsiinin mərhələ keçməkdə "Şkendiya"ya yardımçı olacağını əlavə edib.

Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!