Azərbaycana 5 legioner gətirir - "Sumqayıt"ın rəqibi

26 Avqust 2020 12:30 Sumqayıt 1 373
Azərbaycana 5 legioner gətirir - "Sumqayıt"ın rəqibi

Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt" ilə üz-üzə gələcək Şimali Makedoniya "Şkendiya"sının sifariş ərizəsi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ernest Coka UEFA-ya oyunçunun adının göndərilməsini məqsədəuyğun sayıb.

Onlardan 2-si qapıçı, 7-si müdafiəçi, 4-ü yarımmüdafiəçi, 8-i hücumçudur. Heyətdə cəmi 5 legioner yer alıb ki, onlardan 2-si albaniyalı, qalanları xorvatiyalı, slovakiyalı və fransalıdır.

Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.

Qapıçılar: 1. Kostadin Zahov, 40. Bekim Recepi

Müdafiəçilər: 3. Antonio Paviç (Xorvatiya), 4. Eqzon Beytulai, 16. Mevlan Murati, 20. Yan Krivak (Slovakiya), 21. Arlind Aliti, 22. Ziya Mercani, 24. Mecit Neziri

Yarımmüdafiəçilər: 5. Armend Alimi, 8. Ennur Totre, 19. Bruno Dita (Albaniya), 51. Cemil Yahiyi

Hücumçular: 7. Besart İbraimi, 10. Valon Ahmedi, 11. Ensar Lyuma, 14. Lyupçe Doriyev, 23. Valyimir Nafiu, 28. Omar İmeri (Albaniya), 34. Abu Baker Es Sahhal (Fransa), 52. Behar Feta

Digər Xəbərlər
Xəbər Lenti