"Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq"

26 Avqust 2020 11:34 Sumqayıt 919
"Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq"

"Əlbəttə, oyunun asan olacağını iddia etmirik. Çünki hər rəqibin özünəməxsus çətinliyi var.

Amma mərhələni keçmək üçün Azərbaycana motivasiya və inamla gedirik".

Sportinfo.az xəbər verir ki, bunu Şimali Makedoniya "Şkendiya"sının futbolçusu Besart İbraimi UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyun barədə danışarkən deyib.

34 yaşlı hücumçu bildirib ki, qalib gəlmək üçün lazımı səviyyədə oynamalıdırlar: "Çempionatın son turunda vurduğum qol məni ruhlandırır. Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq".

Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti