Koronavirusa yoluxdu, Azərbaycana gəlməli olmadı

26 Avqust 2020 10:10 Sumqayıt 1 012
Koronavirusa yoluxdu, Azərbaycana gəlməli olmadı

"Sumqayıt"ın Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şkendiya"nın aparıcı simalarından Armend Alimi koronavirusa yoluxub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, şimali makedoniyalı futbolçu evində təcrid edilib.

33 yaşlı yarımmüdafiəçinin sağlamlığının yaxşı olduğu qeyd edilib və "Sumqayıt"la oyunda iştirak etməyəcək.

Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti