"Sumqayıt"da 3 hücumçu

24 Avqust 2020 13:54 Sumqayıt 1 017
"Sumqayıt"da 3 hücumçu

"Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” klubu ilə matça 22 oyunçu sifariş edib.

Həmin qarşılaşmada baş məşqçi Ayxan Abbasovun ixtiyarında 3-ü qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu olacaq.

Avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu 20:00-da start götürəcək.

Qapıçılar: 1. Mehdi Cənnətov, 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev

Müdafiəçilər: 3. Vurğun Hüseynov, 4. Kərəm Sultanov, 5. Cəmaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 21. Adəm Həmati, 60. Elvin Məmmədov, 88. Cavid Quliyev, 97. Xəyal Nəcəfov

Hücumçular: 9. Əli Qurbani, 19. Nurlan Quliyev, 20. Rüfət Abdullazadə

Digər Xəbərlər
Xəbər Lenti