Abbasova suallarınız var?

23 Avqust 2020 20:40 Sumqayıt 1 092
Abbasova suallarınız var?

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) matçından əvvəl, avqustun 26-da “Kapital Bank Arena”da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, əvvəlcə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov saat 17:40-da media mənsublarının suallarını cavablandıracaq.

Saat 18:00-da “kimyaçılar”ın açıq məşqi (15 dəqiqə) keçiriləcək. Saat 20:40-da isə “Şkendiya”nın baş məşqçisi Ernest Qyoka mətbuat nümayəndələrinin önünə çıxacaq. Şimali Makedoniya təmsilçisinin açıq məşqi (15 dəqiqə) saat 21:00-da keçiriləcək.

Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Sumqayıt şəhər stadionunda olacaq. “Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də Sumqayıtda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM