“Sumqayıt”ın rəqibinə 86-cı dəqiqədəki penalti qolu bəs etdi

23 Avqust 2020 00:28 Sumqayıt 793
“Sumqayıt”ın rəqibinə 86-cı dəqiqədəki penalti qolu bəs etdi

Şimali Makedoniya çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Şkendiya" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Makedoniya GP” ilə qarşılaşıb. “Sumqayıt”ın rəqibi bu oyundan qalib ayrılıb – 1:0. Yeganə qolu 86-cı dəqiqədə penaltidən dəqiq yararlanan Besart İbraimi vurub.

“Şkendiya” bu qələbədən sonra 7 xalla ikinci pillədə yer alıb. “Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də Sumqayıtda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti