Azərbaycan Premyer Liqasında 165 günlük fasilə bu gün başa çatır.
Sportinfo.az xəbər verir ki, 29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçiriləcək.
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gələcəklər.
"Kapital Bank Arena" mövsümün açılışına hazırdır. "Kimyaçlar" bununla bağlı sosial şəbəkə vasitəsilə məlumat yayıb. Stadionun qazonu qaydasına salnıb, paltardəyişmə və hakimlər otaqlarnda müəyyən kosmetik təmir aparılıb.

