“Sumqayıt“ kim(lər)ə lazımdır?

14 Aprel 2020 11:00 Sumqayıt 1 060
“Sumqayıt“ kim(lər)ə lazımdır?

“Sumqayıt“n 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk.

Bu dəfə sizə 10 illik tariximiz ərzində bəzi maraqlı məqamları diqqətinizə çatdıracağıq.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın tarixində meydana çıxmış ən gənc futbolçu Orxan Əliyev olub. 1995-ci il doğumlu hücumçu 15 yaşında klubun formasını geyinib. Əliyev həm də burada qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Klubun heyətində çıxış etmiş ən yaşlı futbolçu Aqil Məmmədovdur. 2011-2012 mövsümündə “Sumqayıt”n şərəfini qorumuş yarımmüdafiəçi 40 yaşında karyerasını başa vurub. O, həmçinin 2013-2015-ci illər ərzində komandanın baş məşqçisi olub.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” ilk zamanlarda rəqiblərini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edirdi.

Hazırda ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın inşasına isə 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən başlanılmışdı. 2013-cü ildə istifadəyə verilən idman qurğusunda komandanın ilk məşqi həmin ilin 16 may tarixində baş tutub.

2013-cü ilin 21 sentyabr tarixində “Kapital Bank Arena”nın təntənəli açılış mərasimi olub. Açılışda dönəmin UEFA prezidenti oMişel Platini də iştirak edib.

"Kapital Bank Arena"da ilk rəsmi oyun 20.10.2013-cü il tarixinə təsadüf edib. Belə ki, Premyer Liqanın 10-cu turunun "Sumqayıt" - "Qarabağ" (0:3) qarşılaşması arenanın tarixinə ilk oyun kimi həkk olunub.

Bu stadionda keçirilən ilk beynəlxalq oyun isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin matçı olub. 15 oktyabr 2019-cu il tarixində isveçrəli həmyaşıdları ilə qarşılaşan yığmamız minimal hesabla uduzub (0:1).

Hazırda arenanın infrastrukturunda 2 təbii örtüklü standart meydança var. Bunlardan biri əsas, digəri isə köməkçi meydançadır. Bundan başqa, akademiyanın istifadəsində bir süni örtüklü standart, 2 mini və 1 koordinasiya meydançası mövcuddur.

Digər Xəbərlər
Xəbər Lenti