"Sumqayıt" mövsümün ilk yarısında necə yadda qaldı?

27 Dekabr 2023 02:00 Sumqayıt 253
"Sumqayıt" mövsümün ilk yarısında necə yadda qaldı?

Azərbaycan Premyer Liqasında 36 turluq marafonun yarısı artıq yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” ilk iki dövrənin oyunlarında 7 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.

27 xal toplayan komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Baş məşqçi Samir Abasov geridə qalan 18 tur ərzində 21 futbolçunun xidmətindən yararlanıb.

Bu futbolçulardan Murad Xaçayev (18 oyun, 1620 dəqiqə), Roi Kehat (18 oyun, 1332 dəqiqə), Səbuhi Abdullazadə (18 oyun, 1289 dəqiqə) və Masaki Murata (18 oyun, 1206 dəqiqə) keçirilən bütün qarşılaşmalarda iştirak edib.

Murad Xaçayev bütün oyunları əvəzlənmədən keçirib. Rövlan Muradov (17 oyun, 1506 dəqiqə) və Kamran Əliyev isə (17 oyun, 1308 dəqiqə) yuxarıda qeyd olunan 4 futbolçudan bir oyun az keçiriblər.

Komanda ilk iki dövrədə 19 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 5 qolun müəllifi Roi Kehat (18 oyun, 1332 dəqiqə) olub.

Rövlan Muradov (17 oyun, 1506 dəqiqə) 3 dəfə, Erik Sorqa (14 oyun, 875 dəqiqə), İsa Suliman (10 oyun, 900 dəqiqə), Kamran Əliyev (17 oyun, 1308 dəqiqə) 2 dəfə, Səbuhi Abdullazadə (18 oyun, 1289 dəqiqə), Kamran Quliyev (14 oyun, 455 dəqiqə), Masaki Murata (18 oyun, 1226 dəqiqə) və Elvin Bədəlov isə (16 oyun, 1375 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb. Bir qol isə avtoqol nəticəsində vurulub.

Geridə qalan 18 turda “Sumqayıt” FK 9 qarşılaşmanı doğma meydanda keçirib. Dolu tribunalar önündə keçirilən matçları ümumilikdə 11836 azarkeş canlı izləyib.

Murad Xaçayev – 18 (1620)

Roi Kehat – 18 (1332)

Səbuhi Abdullazadə – 18 (1289)

Masaki Murata – 18 (1226)

Rövlan Muradov – 17 (1506)

Kamran Əliyev – 17 (1308)

Mehdi Cənnətov – 16 (1440)

Elvin Bədəlov – 16 (1375)

Oktavio Manteka – 15 (840)

Vüqar Mustafayev – 14 (997)

Erik Sorqa – 14 (875)

Tresor Mossi – 14 (604)

Kamran Quliyev – 14 (455)

Abu Dosso – 12 (925)

Kasimir Ninqa – 11 (611)

İsa Suliman – 10 (900)

Ayxan Süleymanlı – 7 (129)

Nihad Əhmədzadə – 7 (48)

Kristian Velinovski – 4 (71)

Orxan Sadıqlı – 2 (180)

Sənan Muradlı – 1 (4)

Vurulan qollar: Roi Kehat (5), Rövlan Muradov (3), Erik Sorqa (2), İsa Suliman (2), Kamran Əliyev (2), Səbuhi Abdullazadə, Kamran Quliyev, Masaki Murata, Elvin Bədəlov, avtoqol.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"