"Sumqayıt"ın kapitanı əməliyyat olundu

25 Dekabr 2023 19:20 Sumqayıt 668
"Sumqayıt"ın kapitanı əməliyyat olundu

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev əməliyyat olunub.

"Gənclik şəhəri" təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA