Onlardan biri imtina etdi, biri tərəddüdə düşdü - Samir Abasov nə qərar verəcək?

25 Dekabr 2023 16:00 Sumqayıt 622
Onlardan biri imtina etdi, biri tərəddüdə düşdü - Samir Abasov nə qərar verəcək?

“Sumqayıt”ın yeni illə bağlı planı dəyişə bilər.

“Kimyaçılar“ qış təlim-məşq toplanışını Türkiyədə keçəcəyini günlər öncə açıqlasa da, hazırda vəziyyət bir qədər fərqlidir.

Yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular 3 gün doğma şəhərdə hazırlıq keçəcək. Bu müddətə kimi sparrinqlərin adları dəqiqləşməlidir.

Məsələ də bundan ibarətdir - onlar Samir Abasovun istədikləri olacaqmı? 8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi məlum deyil.

Baş məşqçi yoxlama görüşlərində üz-üzə gəlmələrini arzuladığı rəqiblərlə bağlı hələlik qeyri-müəyyənlik mövcuddur.

Gedişatdan belə məlum olur ki, həmin komandalardan biri ümumiyyətlə Türkiyəyə səfər etmək fikrindən daşınıb. Digəri isə yekun qərarını verməyib.

Abasov zəif tərəf müqabilləri ilə qarşılaşmaqdansa, «kimyaçılar»ı Sumqayıtda saxlamağı, buradan da Qəbələyə aparmağı daha üstün tutur.

Normalda komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanmalıdır.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınamalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti