“Sumqayıt” 2011-ci ildən bu yana kimi… 100-cü qazanc

26 Dekabr 2023 02:10 Sumqayıt 629
“Sumqayıt” 2011-ci ildən bu yana kimi… 100-cü qazanc

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti XVIII turda “Səbail” üzərində əldə edilib.

Rəqibini 1:0 hesabı ilə məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi bu uğura 382-ci matçında nail olub.

2011-ci ildən Premyer Liqada oynayan “gənclik şəhəri” təmsilçisi 62 dəfə evdə, 38 dəfə səfərdə 3 xalın sevincini yaşayıb.

“Sumqayıt”ın ilk uğuru 2011/2012 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “kimyaçılar” 2:1 hesabı ilə qalib gəliblər.

“Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə qazanan 12-ci komandadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA