Samir Abasovun gözü, ürəyi, ağlı… "Sumqayıt"ın relaksın

24 Dekabr 2023 11:05 Sumqayıt 821
Samir Abasovun gözü, ürəyi, ağlı… "Sumqayıt"ın relaksın

18 turun 7-də qələbə qazanan «Sumqayıt» 2023-cü ili liderlər qrupunda bitirdi.

Bu gün üçüncü yerdədirlər.

Ola bilsin, axşam saatlarında 1-2 pillə aşağı düşsünlər, yaxud olduqları yerdə qalsınlar.

Samir Abasovun işinə hansı tərəfdən baxsan, yüksək qiymət vermək lazım gəlir. Allah tərəfi, baxımlı komanda qurub.

Vaxtın varsa, otur izlə, itirdiyin 1-2 saata görə təəssüflənməyəcəksən, əmin ol!

Demişəm və yenə deyirəm: Samir Abasov nə zaman ağlını və dilini çalışdığı yerə verir, nəticələr yaxşı olar, «gəl-gəl» deyir.

Nə zaman ki ona-buna ilişir, söz atır, kənar söhbətlərin içində vurnuxur, o komanda həmin arada çox şey itirir.

Bu gün Samir Abasovun gözü də, ürəyi də, ağlı da doğma şəhərindədir, onun azarkeşindədir. «Sumqayıt»ı liderlər qrupuna daxil edən güc də budur.

27 xal «Sumqayıt» üçün relaksdır. Qışa rahat girəcəklər.

Bir də oradan çıxmaq var. Onun da öhdəsindən gəlməkdən ötrü klub rəhbərliyi əlini cibinə salmalıdır.

İki-üç mövqeyə legioner alınandan sonra Samir Abasovu «Sumqayıt»ı indiki mövqeyində saxlayacağına inamım böyükdür.

Belə çətin olar, çün heyət digər iddialılarla nisbətdə kasaddır, üstəlik, zədəlilər də kifayət qədərdir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"