Azərbaycanda belə avtoqolu kim vursa yaxşıdır? - VİDEO+FOTOREPORTAJ

24 Dekabr 2023 00:40 Sumqayıt 883
Azərbaycanda belə avtoqolu kim vursa yaxşıdır? - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib.

Qarşılaşmanın taleyini avtoqol həll edib. "Səbail"in oyunçusu Adi Mehremiçin 70-ci dəqiqədə öz qapılarından keçirdiyi top "Sumqayıt"a 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 27-yə çatdıran Samir Abasovun yetirmələri 3-cü pilləyə yüksəliblər. Hesabında 26 xal olan Şahin Diniyevin kollektivi isə 4-cü yerə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM