“Sumqayıt”ın “Karvan”ı - FOTOREPORTAJ

19 Dekabr 2023 02:50 Sumqayıt 411
“Sumqayıt”ın “Karvan”ı - FOTOREPORTAJ

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası I Liqada mübarizə aparan “Karvan”la üz-üzə gəlib.

Samir Abasovun kollektivi aşağı dəstə təmsilçisi ilə matçda sensasiyaya imkan verməyib. “Gənclik şəhəri” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

1/4 finala yüksələn “Sumqayıt”ın bu mərhələdəki rəqibi “Neftçi” – “Qaradağ Lökbatan” cütünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti