Təəssüfləndi, rəqib komandanı göyün yeddinci qatına qaldırdı

17 Dekabr 2023 22:20 Sumqayıt 495
Təəssüfləndi, rəqib komandanı göyün yeddinci qatına qaldırdı

“Bizi ağır səfər gözlədiyini bilirdik.

Əlimizdən gəlib qələbə qazanmaq niyyətindəydik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlən Muradov komandasının “Kəpəz”lə bərabərə qaldığı oyun haqda danışarkən deyib.

Cümə axşamı Tovuz şəhər stadionunda keçirilən görüşdə qonaqlar hesabı açsa da, meydan sahibləri ilk hissənin sonlarına yaxın status-kvonu bərpa etdi.

Oyunun sonlarına yaxın temp aşağı düşmüş, sanki hər iki komanda 1 xalla razılaşmışdı.

“7 nömrə” rəqibi tərifləyərək oyunun sonları haqda bunları deyib:

“Kəpəz” çox yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular cəmlənib.

Üstəlik, baş məşqçi dəyişikliyi də yaxşı mənada özünü göstərməkdədir. Buna baxmayaraq, məqsədimiz 3 xal idi. Hətta heç-heçəyə görə hamımız təəssüfləndik.

1 xala oynamırdıq, sadəcə, kənardan elə görünüb. Bu da süni örtük amilinə və bir az yorğunluğa görə idi. Belə olduğu halda temp istər-istəməz aşağı düşür”.

Rövlan Muradov cari mövsümdə meydana çıxdığı 16 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"