Samir Abasov təcili 2-3 transfer etməsə…

15 Dekabr 2023 15:00 Sumqayıt 482
Samir Abasov təcili 2-3 transfer etməsə…

«Sumqayıt» builki yarışmaya avrokuboklara qayıtmaq məqsədi ilə başlamayıb.

Samir Abasovun dilindən belə bir söz çıxmayıb.

O, ümumiyyətlə, iddiaları barədə heç nə danışmır. Tipik türkiyəli həmkarları kimi: «Önümüzdəki matça baxacağıq».

Mənə o maraqlı idi ki, ötən həftə öz meydanında «Qarabağ»a 1:6 hesabıyla uduzmuş «Sumqayıt» qərb səfərində özünü ələ ala biləcək, ya yox.

Axır həftələrdə yüksəlişə keçən «Kəpəz»dən 3 xal qoparmaq üçün bir hissə əziyyətə qatlaşdılar. Abu Dosso zədələnib erkən əvəzlənməsəydi, Samir Abasov Tovuzdan mahnı oxuya-oxuya qayıdacaqdı.

Məhz Fili Dişi Sahilindən olan müdafiəçinin sıradan çıxması «Sumqayıt»ın bütün planlarını, oyun nizamını, əhval-ruhiyyəsini pozdu.

Afrikalı legionerin yoxluğunu hər ötən dəqiqə bir qədər də çox hiss etdilər, arxa xətdə boşluqlara yol verdilər. Ona kimi hesabı açmasaydılar, sonda 1 xal da onların olmayacaqdı.

Dossonun itkisi Samir Abasovu qayğılandırmalıdır. Tək afrikalının zədələnməsinə görə yox amma.

Ehtiyat skamya qısadır, 1-2 nəfər meydanda olmayanda komanda bundan öz «nəsib»ini alır.

Və baş məşqçi onu da hesaba qatmalıdır ki, futbolçuları tez-tez sıradan çıxır.

Bir bunu araşdırmalı və səbəbini dəqiqləşdirməlidir, bir də transfer bazarında hərəkətliyi təmin etməlidir. Azından 2-3 yeni sima qapıdan içəri ayaq basmalıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"