“Sumqayıt”ın əcnəbsi zədələndi

15 Dekabr 2023 02:40 Sumqayıt 857
“Sumqayıt”ın əcnəbsi zədələndi

“Sumqayıt”ın legioneri Abu Dosso zədələnib.

Sportinfo.az xəbər verir ki, Fil Dişi Sahilidən olan müdafiəçi Premyer Liqanın XVII turunda “Kəpəz”lə keçirilən səfər oyununda sıradan çıxıb.

Qarşılaşmanın 40-cı dəqiqəsində sağ ayağından xəsarət alan 27 yaşlı oyunçu mübarizəni davam etdirə bilməyib.

Nəticədə məşqçilər korpusu məcburi əvəzetməyə əl atıblar. Onun yerinə burundili Tresor Mossi meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə