"Sumqayıt"da 100-ə çatdı

13 Dekabr 2023 01:50 Sumqayıt 266
"Sumqayıt"da 100-ə çatdı

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də, “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.

“Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"