"Bu komanda ilə xüsusi bir bağ yaratmışam, kənarda qalmaq çətindir"

13 Dekabr 2023 23:00 Sumqayıt 387
"Bu komanda ilə xüsusi bir bağ yaratmışam, kənarda qalmaq çətindir"

Komandanı tribunadan izləmək çox çətin idi”

Bu fikirləri Sportinfo.az-a açıqlamasında uzun müddətdir zədədən əziyyət çəkən “Sumqayıt”ın pakistanlı legioneri İsa Sulimani deyib.

Mövsümün əvvəli “Kimyaçılar”a transfer olunan legioner qısa müddətdə liderlik keyfiyyətini ortaya qoya bilmişdi.

Təcrübəli futbolçu tezliklə eyni ruhda qayıdacağını sözlərinə əlavə edib:

“Bu komanda ilə çox xüsusi bir bağ yaratmışam. Təəssüf ki, zədə aldım.

Ancaq zədələr də oyunun bir hissəsidir. Kənarda qaldığım müddətdə mən bacardığım qədər yoldaşlarımı dəstəkləməyə davam etdim.

Ümid edirəm ki, tezliklə onlarla birlikdə meydana olacam. Həm də daha güclü İsa olaraq”.

Pakistanlı legioner təxminən 2 aydı komandadan uzaq düşüb.

O, “Sabah”la Premyer Liqanın 10-cu turunun matçında ciddi xəsarət almışdı.

Türkiyədə əməliyyat olunan mərkəz müdafiəçisi artıq bir neçə gündü məşqlərə qoşulub.

Onun tezliklə rəsmi oyunlarda da meydana çıxacağı ehtimal olunur.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"