"Qarabağ"a uduzmağı vecinə almayan, öz dediyini edən şəxs kimdir?

9 Dekabr 2023 17:00 Sumqayıt 667
"Qarabağ"a uduzmağı vecinə almayan, öz dediyini edən şəxs kimdir?

Samir Abasovun məşqçi keçmişində böyükhesablı məğlubiyyətlər az olmayıb.

Onların arasında «Qarabağ»la oyunlar xüsusi yer tutur.

İstər «Sumqayıt»dakı ilk dönəmində, istər «Zirə»də çalışdığı dönəmdə, istərsə də budəfəki qayıdışında belə əzici yenilgilər yaşayıb.

«Qarabağ» cari mövsümün ilk dövrəsində də «Sumqayıt»a 6 qol vurmuşdu. Məkan fərqli olsa da, eyni hal təkrarlandı.

Bu, nə deməkdir?

Əslində, bir həqiqəti bizimlə yenidən tanış edir - Samir Abasov öz bildiyindən, öz prinsiplərindən, öz baxışlarından imtina edən deyil. İllərdir futbola yanaşmasını olduğu kimi saxlayıb, rəqibin adı, gücü, qüvvəsi, nə bilim nəyi ona qətiyyən narahatlıq vermir, qorxutmur.

Odur ki, «Qarabağ»a açıq mübarizə, açıq oyun təklif eləyir. Başqalarıyla hansı tərzi seçirsə, onu «Qarabağ» önündə də dəyişdirmir.

Bu yanaşmasına görə Samir Abasovu qınayanlar çoxdur. Mən həmn tənqidçilərə qoşulmuram.

Əksinə, hesab edirəm ki, o, doğru saydıqlarının arxasınca getməklə cəsarətli məşqçi olmasını təsdiqləyir.

Azərbaycanda bu cür fikirləşən iki-üç mütəxəssis ola, ya olmaya.

Çempionatın liderini cərimə meydançasının önündə «avtobus parkı» ilə qarşılamağı özünə sığışdırmayan Samir Abasova buradan səslənirəm - işində ol, bərk ol, sağdan, soldan danışanlara fikir vermə!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"