"Sumqayıt"a qayıtdı

8 Dekabr 2023 09:00 Sumqayıt 955
"Sumqayıt"a qayıtdı

"Sumqayıt"ın müdafiəçisi İsa Suliman vaxtından əvvəl məşqlərə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Ankarada menisk yırtığı diaqnozu qoyulan pakistanlı əməliyyat edilib.

Amma o, ehtimal olunduğundan daha erkən ümumi qrupda məşqlərə qoşulub.

Tezliklə Sulimanın hazır olacağı və matçlarda da komandasına kömək edə biləcəyi gözlənilir.

25 yaşlı futbolçu oktyabrın 21-də X turun “Sabah”la oyununda (1:3) zədələnmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti