Premyer Liqa klubunda bu xəbərə çox ÜZÜLƏCƏKLƏR

7 Dekabr 2023 23:40 Sumqayıt 1 285
Premyer Liqa klubunda bu xəbərə çox ÜZÜLƏCƏKLƏR

"Sumqayıt"ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna dönüşü hələ bir müddət də yubanacaq.

Əslində klub "Zirə" ilə son ev matçından əvvəl burada oyun keçirmək üçün cəhd edib.

Amma yeni təmirdən çıxan arenadakı problemlər bu istəyin önünə keçib.

Növbəti tur "Qarabağ"la oyunun adıçəkilən ünvanda keçirilməsi barədə məlumatlar vardı.

Amma etibarlı mənbədən əldə etdiyimiz xəbərə görə, hazırda bu mümkünsüzdür.

Futbol məbədinin problemi yalnız işıqlandırma ilə bağlı deyil.

Başqa çatışmazlıqlar da çoxdur.

Həlli isə uzun zaman aparacaq. Ən yaxış halda növbəti ilin əvvəli böyük qayıdış baş tuta bilər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə 2019-cu ildə start verilib.

Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Amma şəhərin tək komandası olan "Sumqayıt" hələ də ev oyunlarını 9502 nəfər tutumu olan doğma məkanda keçirə bilmir.

"Kimyaçılar" 1326 nəfərlik tutumu olan "Kapital Bank Arena"nın ümidinə qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"