Tanınmış azərbaycanlı məşqçi “Dəhşətdir!” dedi: “Böyük karyeram yoxdur, amma...”

6 Dekabr 2023 21:00 Sumqayıt 1 181
Tanınmış azərbaycanlı məşqçi “Dəhşətdir!” dedi: “Böyük karyeram yoxdur, amma...”

“Böyük məşqçilik karyeram yoxdur, amma bu qədər zədələrlə üzləşdiyimi xatırlamıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar”ın çalışdırıcısı son vaxtlar zədə epidemiyası ilə addımbaşı qarşılaşdıqlarını bildirib:

“Komandanın əsas liderləri bir-bir sıradan çıxır. Daha əvvəl belə halla üzləşməmişəm.

Dəhşətdir! İsa Sulimanı, Kristian Velinovski, Rövlan Muradov, Kasimir Ninqa yoxdur. Abu Dosso da bu gün-sabahlıqdır.

Vüqar Mustafayev əməliyyata gedir. Zədəsi var idi.

Digər oyunçulara görə ondan xahiş etdik ki, “Turan”la qarşılaşmada forma geyinsin.

Çünki onu dəyişəcək Oktavio da zədədən yeni qayıdıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti