Durduğu yerdə işə düşən: “Mübahisə edənləri ayırırdım”

5 Dekabr 2023 00:40 Sumqayıt 650
Durduğu yerdə işə düşən: “Mübahisə edənləri ayırırdım”

"Meydana qələbə üçün çıxmışdıq.

İlk hissədə istədiyimiz qolları vurduq.

Təəssüf ki, ikinci yarının ilk 15 dəqiqəsində qollar buraxdıq və qələbəni əldən verdik. Qarşıdakı matçlara kökləyəcəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Turan Tovuz"la matçdan sonra "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə səsləndirib.

22 yaşlı yarımmüdafiəçi fasilədən sonra komandanın iki qol buraxmasını belə şərh edib:

"Fasilədən sonra nə baş verdiyini baş məşqçimiz təhlil edib bizə deyəcək. Biz də səhvlərimizi düzəltməyə çalışacağıq

. Əslində elə böyük dəyişiklik olmamışdı. Tovuza qələbə üçün gəlmişdik. Təəssüf ki, 1 xalla ayrıldıq".

Matç bitdikdən sonra sarı vərəqə ilə cəzalandırılan millimizin üzvü mübahisə edən futbolçuları ayırdığını bildirib:

"Mübahisə edən oyunçuları ayırırdım. Sadəcə, hakim sarı vərəqəni mənə göstərdi".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da