Azərbaycan klubunda zədə epidemiyası - Bu dəfə kapitan sıradan çıxdı

3 Dekabr 2023 12:20 Sumqayıt 936
Azərbaycan klubunda zədə epidemiyası - Bu dəfə kapitan sıradan çıxdı

"Sumqayıt"da zədə epidemiyası davam edir.

Bu dəfə Vüqar Mustafayev sıradan çıxıb.

Kapitan qarşıdakı həftə əməliyyat olunacaq.

Əslində futbolçu bir müddətdir zədədən əziyyət çəkir.

Sadəcə heyətdə çox sayda cəzalı, zədəli olması səbəbindən Vüqarın əməliyyat masasına uzanması bir müddət uzadılıb.

O, "Turan Tovuz"la görüşə (2:2) ağrılarla çıxıb.

Onu da bildirək ki, Mustafayev düşərgəyə yalnız qışdan sonra qayıda biləcək.

Xatırladaq ki, "Kimyaçılar"da Vüqara kimi Kasimir Ninqa, Kristina Velinovski və İsa Süliman kimi əsas heyət üzvləri də zədədən əziyyət çəkir.

Oktavio Manteka isə yenicə zədəsini sağaldıb kollektivə qoşulub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi