Premyer Liqanın 15-ci turu çərçivəsində "Sumqayıt" "Turan Tovuz"un qonağıdır.
Hər zaman qonaqlara qarşı isti münasibəti ilə seçilən bölgə təmsilçisi bu dəfə də ənənəsinə sadiq qalib.
Belə ki, qarşılaşmanın startında əvvəl "Kimyaçılar"ın prezidentini Riad Rəfiyev və iki gün əvvəl Müşahidə Şurasının yeni sədri seçilən Elnur Məmmədlini VİP-lojada şəxsən “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev qarşılayıb.
Rəhbər şəxslər uzun müddət ayaqüstü söhbətləşiblər.
Davamında klub rəhbərləri öz yerlərinə keçiblər.
Yeni sədr isə ilk hissəni sona kimi ayaqüstə izləyib.
Hazırda fasilə olan qarşılaşmada "Sumqayıt" 2:0 qalib gəlir.
XANOĞLAN / SPORTİNFO.AZ