“Başa düşürəm ki, başqa yolum yoxdur, belə etməliyəm”

2 Dekabr 2023 17:40 Sumqayıt 571
“Başa düşürəm ki, başqa yolum yoxdur, belə etməliyəm”

“Oyuna əvvəldən başlamaq və ya sonra qoşulmaq üçün də hazıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Oktavio Monteka deyib.

İspaniyalı legioner bildirib ki, komanda onun iştirakı olmadan ardıcıl qələbələr qazanıb. Odur ki, əsas heyətdə yerini qaytarmaq san olmayacaq:

“Kimin oynayıb-oynamayacağı məşqçidən asılıdır. Mən hər an forma geyinməyə hazıram.

Komandaya köməyim dəyər. Buna çox inanıram. Hər məşqdə həvəslə işləyirəm.

Başa düşürəm ki, başqa yolum yoxdur. Yenidən şans qazanmağım üçün yalnız belə etməliyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi