
Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lerik"ə qarşı matçda zədələnən "Sumqayıt"ın legioneri Kristian Velinovskinin ayağı sınıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun başa çatdıqdan dərhal sonra komandanın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.
Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.
Oyunun 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə Sumqayıt təmsilçisinin legioneri Kristian Velinovskiyə qarşı açıq ayaqla kobud oynayıb.
Nəticədə Velinovskinin ayağı qırılıb, R.Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub. Ayağı qırılan futbolçu isə ambulansla xəstəxanaya aparılıb.
Həmin anın görüntülərini təqdim edirik: