“Mövsüm boyu hər bir oyunçunun yaxşı oyunları və pis oyunları olur.
Mən hər oyunda ən yaxşı performansı göstərmək üçün əlimdən gələni edirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Roi Kehat deyib.
Mövsümlərarası fasilədə Azərbaycana gələn israilli yarımmüdafiəçi Premyer Liqanın ilk 7 turunda fərqlənə bilməsə də, son 6 matçda 3 qol vurub.
Və hamısında “kimyaçılar” qalib gəlib. Onu "Sumqayıt"ın yeni qəhrəmanı, xilaskarı hesab edə bilərik?
Kehatı dinləyək:
“Mövsümün əvvəlində də yaxşı oyunlarım oldu. Lakin son altı oyunda bu, rəqəmlərdə də əks olundu, 3 qol vurdum.
Həmişə deyirəm ki, ən vacib şey komandanın qalib gəlməsidir. Hədəflərimizə çatdığımız üçün çox xoşbəxtəm”.