COP29

Hamı tanısın - Premyer Liqa klubunun YENİ XİLASKARI!

18 Noyabr 2023 23:40 Sumqayıt 1 796
Hamı tanısın - Premyer Liqa klubunun YENİ XİLASKARI!

Yay fasiləsində demək olar sıfırdan yenilənən “Sumqayıt” heyətinə 8 yeni legioner qata bildi.

Kimisi ilk gündən səviyyəsini ortaya qoydu, kimisi də hələ adaptasiya prosesin keçməklə məşğuldur.

Məsələn, İsa Sülimanı ilk matçdan komandasının liderlərindən birinə çevrildisə, düşərgəyə daha gec qoşulan Kasimir Ninqanın özünə gəlməsi üçün ən azı 4-5 matç lazım oldu.

Şanssızlıqdan hər iki əcnəbi də formasının əla vaxtında zədələnərək sıradan çıxdılar.

Erik Sorqa hələ də gözlənilənləri verə bilmirsə, Oktavia qeyri-sabit çıxışla yadda qalır.

Abu Dosso yəqin ki, Samir Abasov istəyən səviyyəyə qalxması üçün daha çox çalışmalı olacaq.

Ən son edilən transfer olan Kristian Velinovski meydanda olduğu az müddətdə pis futbolçu olmadığı göstərib. Amma onu da aldığı zədə bir qədər geri salmış oldu.

Bir futbolçu haqqında isə bu gün nə qədər danışsaq azdır.

Söhbət Roi Kehatdan gedir. Yaxşı futbolçu olduğu ilk günlərdən sezilən israilli heç cür öz potensialını ortaya qoya bilmirdi. Bəlkə də yayda Sumqayıt təmsilçilərinə gələn legionerlər arasında uyğunlaşma dövrünü ən gec keçən o oldu.

Düzdü, Roin gözləntilərin altında çıxış sərgiləməsində yad mövqedə çıxış etməsi də az rol oynamırdı.

Daha çox mərkəz yarımmüdafiəçisi kimi oynamağa alışan 31 yaşlı legioner arxada qalan müddətdə “Sumqayıt”da 3-4 mövqedə çıxış etməli olub.

Bəlkə də bu məqam ona ciddi problem yaradırdı.

Lakin yaxşı futbolçunu harda sınasan gec-tez potensialını ortaya qoyacaq.

Həmçinin də Roi. Cəmi 8-9 tur bəs elədi ki, “19 nömrə” “Kimyaçılar”ın liderinə çevrilsin.

Ona yeni xilaskar da deyə bilərik.

Axı “Sumqayıt”ın bugünkü əla çıxışında ən çox xidmətləri olan legioner məhz odur.

Hər halda, son matçlardakı performansı belə düşünməyə ciddi əsas verir.

İlk 7 turda heç nə ilə yadda qalmayan yarımmüdafiəçi son 6 matçda aktivinə 3 qol yazdıra bilib.

İşin ən maraqlı tərəfi də odur ki, Roi qol vurduğu görüşlərdə komandası nəinki məğlub olmayıb, hətta xal belə itirməyib.

“Kəpəz”lə oyunda yeganə qolun müəllifi olan israilli “Araz Naxçıvan” (2:0) və “Neftçi” ilə (2:1) görüşlərdə son nöqtəni qoyub.

Görünən odr ki, o, yığıdığı sürəti sabitliyə çevirə bilsə, yerli azarkeşləri hələ çox sevindirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti