Görün, Samir Abasov "Neftçi"li üçün nə etdi - FOTO FAKT

13 Noyabr 2023 17:00 Sumqayıt 3 442
Görün, Samir Abasov "Neftçi"li üçün nə etdi - FOTO FAKT

"Sumqayıt" Premyer Liqanın 12-ci turunda "Neftçi" üzərində parlaq qələbə qazanıb - 2:1.

Qarşılaşmadan sonra "Kimayçılar"ın baş məşqçisi Samir Abasov alqışa layiq addımla yadda qalıb.

Belə ki, "ağ qaralar"ın fiziki qüsurlu azarkeşi stadionun çıxış qapısında Abasovun önünü kəsib.

Və ondan forma verməsini istəyib.

"Neftçi"nin sabiq çalışdırıcısı yeniyetmənin bu arzusuna anındaca reaksiya verib.

O, adminstratoru yanına çağıraraq şəxsən tapşırıb ki, "Neftçi" azarkeşinə mütləq forma gətirib versin.

Abasov sonda "Neftçi"li tərəfdarla səmimi sağollaşaraq stadiondan ayrılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə