“Sumqayıt”mənə hər cür dəstək verdi"

4 Fevral 2023 02:50 Sumqayıt 638
“Sumqayıt”mənə hər cür dəstək verdi"

"Sumqayıt"ın yeni legioneri Dieqo Karioka yeni komandası və Premyer Liqanın 20-ci turunda "Turan-Tovuz" üzərində qazanılan qələbə (2:1) ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Esporte News Mundo"a istinadən xəbər verir ki, braziliyalı bunları deyib:

"İlin əvvəlində qalib gəlmək həmişə xoşdur ki, daha sakit və asanlıqla davam edə biləsən. Bu yaxınlarda mənim kimi yeni gələn üçün oynamaq çox vacibdir.

Komandada oynamağı səbirsizliklə gözləyirdim. Uyğunlaşma yaxşı keçdi. Mən artıq rus dilini bilirəm.

İngilis dili də prosesdə çox kömək etdi. Azərbaycan və "Sumqayıt” məni xoş mənada təəccübləndirdi.

Yaşadığım şəhər gözəldir, insanlar sakitdir və uyğunlaşmanın mümkün qədər tez və keyfiyyətli olması üçün klub mənə hər cür dəstək verdi".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var