"Sportinfo" bu ŞOK XƏBƏRi yaydı, "Qəbələ"nin pulundan İMTİNA OLUNDU

17 May 2022 23:40 Sumqayıt 1 226
"Sportinfo" bu ŞOK XƏBƏRi yaydı, "Qəbələ"nin pulundan İMTİNA OLUNDU

«Sumqayıt»ın futbolçuları gözlənilməz addım atıb.

Premyer Liqanın 27-ci turunda «Sabah»la Masazırda 2:2 hesablı bərabərliyə imza atan «kimyaçılar» 30 min manatı qəbul etməkdən son anda vaz keçib.

Söhbət «Qəbələ»nin onları stimullaşdırmaq üçün təklif elədiyi məbləğdən gedir. Belə ki, «qırmızı-qaralar» avrokuboklar yolunda əsas rəqibi olan «Sabah»a ciddi müqavimət göstərməsi müqabilində «Sumqayıt»lılara bu qədər mükafat vəd verib.

Danışıqlar futbolçular səviyyəsində gedib. Razılaşmaya əsasən, ayrılan vəsait bu gün qarşı tərəfə çatmalıymış.

Saytımız bu haqda xəbəri tirajlayandan sonra hərəkətə keçən «Sumiqayıt» rəhbərliyi araşdırma aparıb və yazdıqlarımızın doğruluğunu öyrənib.

Bununla da kifayətlənməyən rəsmilər oyunçularla söhbət edərək, qazanılan 1 xala görə özlərinin, onsuz da, mükafat verəcəyini xatırladıb və «Qəbələ»nin puluna ehtiyac olmadığını bildiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?