Millinin müdafiəçisi intizamsızlıq etdi, baş məşqçini qəzəbləndirdi

7 May 2022 14:00 Sumqayıt 950
Millinin müdafiəçisi intizamsızlıq etdi, baş məşqçini qəzəbləndirdi

«Sumqayıt»ın müdafiəçisi Höccət Haqverdi cəzalandırılıb.

Millinin də formasını geyinən arxa xətt oyunçusu Aleksey Baqanın qəzəbinə tuş gəlib.

Belə ki, Premyer Liqanın 24-cü turunda «Zirə» ilə Sumqayıtda keçirilən görüşdə (0:1) sarı vərəqə alan və cəzalı duruma düşən cənubi azərbaycanlı futbolçu «Neftçi»yə qarşı keçirilən növbəti matça gəlməyib.

«Kapital Arena»dakı qarşılaşmanı evdə ekran başından izləyən Haqverdi 2000 manat cərimələnib.

Belaruslu çalışdırıcı oyundan sonra onunla maraqlanıb və ona məlum olub ki, müdafiəçi daxili nizam-intizam kodeksini pozub.

Belədə sərt tədbirə əl atmaq məcburiyyətində qalan Baqa komanda yoldaşlarına stadiondan dəstək verməyən Höccəti məşq prosesindən də kənarlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"