2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt"ın Sərtan Taşkını geri qaytarmasını səhər saatlarında oxuculara açıqlamışdıq..
Klubun mətbuat xidməti bu məlumatı artıq rəsmən ictimailəşdirib.
Son mövsümü "Manisa"da (Türkiyə) keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.
2019/2020 mövsümündə də Sumqayıt təmsilçisində çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.
Dörd ildən sonra geri qayıdan cinah oyunçusu artıq köhnə-yeni klubunda ən ödənişli yerlilərdən biridir.
"Kimyaçılar" ona aylıq 10 min manat civarında əməkhaqqı ödəyəcək.
SPORTİNFO.AZ