“Sumqayıt” istədiyi 3 transferi nə vaxt həyata keçirəcək?

18 Avqust 2021 16:40 Sumqayıt 1 192
“Sumqayıt” istədiyi 3 transferi nə vaxt həyata keçirəcək?

“Axtarışılarımızı dayandırmamışıq, iş gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqada yeni mövsümə “Keşlə” üzərində 2:0 hesablı səfər qələbəsi ilə start verən “kimyaçılar” transfer çalışmalarını davam etdirir.

Gənc çalışdırıcı ölkə xaricində çıxış edən 3 azərbaycanlı futbolçu ilə danışıqların ləng getməsinin səbəbini bu cür açıqlayıb:

“Burada əsas məsələ maliyyə şərtləridir. Onların istəkləri ilə bizim inkanlarımız üst-üstə düşməlidir.

Bəli, mən 3 transferin vacib olması fikrində qalıram. Amma bu, o demək deyil ki, bu transferləri edə biləcəyik. Hələ bəzi suallar açıq qalıb.

İkinci turdan sonra Premyer Liqada fasilə yaranacaq. Həmin müddətdə konkret addımlar atmağı planlaşdırırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM