2021/2022 futbol mövsümü üçün təlim-məşq toplanışlarını davam etdirən “Sumqayıt” Futbol Akademiyasının nəzdindəki aşağı yaş qrupları hazırlıq prosesləri ilə paralel olaraq, müxtəlif layihələr həyata keçirir.
Sportinfo.az xəbər verir ki, akademiyanın “Təməl qrupu”nun üzvləri “Fərdi texniki məşq proqramı” çərçivəsində 1 aydan artıqdır hazırlığa cəlb olunub.
Bu layihə ilkin olaraq, U-9 və U-10 komandalarında tətbiq olunur.
“Fərdi texniki məşq proqramı” layihəsi il ərzində U-11, U-12 və U-13 komandalarında da tədbiq olunacaq.
Proqramı keçirməkdə əsas məqsəd komandalarda yer alan futbolçuların texnika göstəricilərinin (top qəbulu, top hissiyatı, ötürmə və sürət) artırılması və təkminləşdirilməsidir.

