"Yolumuza davam edirik" - Ayxan Abbasov

14 Avqust 2021 23:00 Sumqayıt 1 010
"Yolumuza davam edirik" - Ayxan Abbasov

"Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Fubol üçün darıxmışdıq. Azarkeşlərə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi fanatlardır".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, səfərdə qələbə ilə başlamaq önəmli idi: "Hər iki komandanın qol epizodları oldu. Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Yolumuza davam edirik". (Report)

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM