“Sumqayıt” AFFA-nın milliləşdirmək istədiyi futbolçuya təklif göndərdi

12 Avqust 2021 20:40 Sumqayıt 1 555
“Sumqayıt” AFFA-nın milliləşdirmək istədiyi futbolçuya təklif göndərdi

AFFA-nın milliləşdirmək istədiyi Əmir Ağayev "Atromitos"dan ayrılıb.

Ötən mövsümü Yunanıstanda keçirmiş 29 yaşlı futbolçu “Bney Yehuda”, “Omoniya”(Kipr), “Beytar”, “Hapoel Tel-Əviv” klublarında çıxış edib.

Yarımmüdafiəçinin karyerasını ölkəmizdə davam etdirmək şansı yaranıb. Belə ki,”Sumqayıt” 1 il öncə Azərbaycandan ayrılmış keçmiş oyunçusuna dəvət göndərib.

Ona 2 illik müqavilə təklif olunub. Əslən israilli vinger qarşıdakı günlərdə “kimyaçılar”a öz qərarını açıqlayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti